Türkiyə Superliqasında böyük maraqla gözlənilən “Fənərbaxça” – “Qalatasaray” derbisinin nə zaman keçiriləcəyi müəyyənləşib.
“Qafqazinfo”nun məlumatına görə, İstanbulun Şükrü Saracoğlu stadionunda baş tutacaq qarşılaşma dekabrın 1-də keçiriləcək.
Qarşılaşmanın dəqiq başlama saatı və hakim heyəti isə yaxın günlərdə Türkiyə Futbol Federasiyası tərəfindən rəsmi olaraq açıqlanacaq.
“Cebheinfo.az”