EN

Rəşad Sadıqov: "Özümü ucuzlaşmış hiss edirəm"

Misli Premyer Liqasının IV turunun "Qarabağ" - "Zirə" matçından (1:1) sonra qonaqların baş məşqçisi Rəşad Sadıqovun mətbuat konfransı keçirilib.

Apasport.az xəbər verir ki, mütəxəssis jurnalistlərin suallarını cavablandırıb.

"Çox sürətli, dinamik, keyfiyyətli oyunun şahidi olduq. "Qarabağ"la keçirdiyimiz maraqlı oyunlardan biri idi. Hər iki komanda çox istəkli idi. Ona görə son saniyələrə qədər çox emosional oyun izlədik. Oyunun gedişatına görə qələbə qazanmaq fürsəti yaranmışdı. Çalışdıq, istədik. Təəssüf ki, qol buraxdıq. Bu gün burada 1:1 hesablı heç-heçə alındı. Bizim üçün yaxşı nəticədir. "Qarabağ"dan alınan hər xal dəyərlidir. Futbolçularıma təşəkkür edirəm. Növbəti oyuna keçid etməliyik".

- Son vaxtlar söz-söhbət gəzir ki, milliyə namizədliyiniz irəli sürülüb...

- Elə məsələdir ki, hər zaman namizəd olanda, ehtimal olanda ki, məşqçi seçimi olacaq, 2-3 nəfərin hamısına bu suallar yönləndirilir. Mən özümü ucuzlaşmış hiss edirəm. Bir dəfə demişəm. Mövzuya bir daha qayıtmayacam. Xahiş edirəm, bu barədə sual verməyin.

- "Qarabağ" yoldaşlıq görüşündə 0:4 hesabı ilə uduzmuşduz. Kadi eyni cür qol vurmuşdu...

- Kadi usta futbolçudur. Standart vəziyyət varsa, təhlükədir. Rəqibin standartları təhlükəlidir. İki nəfər qoya bilmədik. Çünki hamı birəbir oynayırdı. O da yaxşı zərbə endirdi. Ağıllı qol alındı. O dəqiqələrdə oyundan qol vəziyyəti vermişdik. "Qarabağ" çox dinamik futbol oynayırdı. FUtbolçuar çox gücsərf edirdi. 

Demək olar ki, əsas epanalti vurn artıq Ruan Renatodur, Qismət yox?

Hələkik belə qərar qəbul etmişik. Məndə belə fikir var ki, 3 dəfə vura bilməyəndə sonra ara  vermək lazımdır. Qismət penaltistlərdən biridir. Hər an vura bilər. Sadəcə Qismətə ara verdim. Beş ildə cəmi 3 penalti icra etməyib. 

Santuş gələndə millinin qarşısına hədəf qoyulmuşdu AVRO 2-208-ə vəsiqə qazansız. Millidə potensial görürsüz?

İki əməkdaşa cavab verməmişəm, sizə cavab versəm, onlar inciyərlər. 

"Qarabağ" "SUmqayıt"a uduzdu, sizinlə də xal itirdi. Çempionluq üçün şans kimi dəyərləndirirsiz?

4-cü turdur. Tək "Qarabağ" yox, "Sabah", "Neftçi", "Araz-Naxçıvan", "Turan Tovuz"u nəzərə alsaq, hər bir komanda çempion olmaq istəyər. Reallıqlar var ki, ilk növbədə avrokuboklara düşməyi düşünməyiblər. Bu il liqa daha rəqabətlidir. O haqda danışmaq çox tezdir, yersizdir. Hamı çempion olmaq istəyər.  "Sumqayıt" bu mövsüm necə oyun göstərir. Çempionat rahatlıqla avrokuboklardan kənar qala bilərsən. Bütün fikrimizi avrokuboklara vermişik. 

Transferlər olacaq?

Çox yaxşı futbolçu qarşımıza çıxsa, transffer etməyə çalışacağıq. Bu periodda bəzi oyunçular transfeirn son dönəminə qöədər gözləyir. Elə variant olsa, yenə də transfer etmək istəyərik. Amma futbolçunun transferini ilin əvvəlində sol cinahında Fuad Bayrmov və RÖvlən Muradovu fikirləşirdik. Amma hər ikisi ciddi zədə aldı. Təcili sol cinah transfer etdik. 

Hər legionerə görə 200 min rüsum ödəməlisiz. Nə qədər futbolçu götürə bilərsiz?

Limit 17-dir. Komandalarımız çox yaxşı transferlər etdi. Bizi futbol adamıkimi sevindirir. Amma rəqib olaraq bizi qayğılandırır. Planımızda 12 legioner idi. Amma rəqiblərimizin transferlərinə baxaraq, müəyyən 

Süni örtüklü meydançalara qarşısız həmişə. "İmişli" Qbada oynayacaq...Ora təbii örtüklüdür...Bu sizi sevindiir?

Təbii olaraq bizi çox sevindirir. Komanda sayının artması çempionata böyük maraq qatdı. Gözlədiyimizdən də tez effekt verdi ki, bütün oyunlar rəqabətli keçir. Birinci Liqadan gələnlər də axşı komandalar formalaşdırıdı. Yeganə məqam infrasturktur qalıb. Qısa müddətdə o da həllini tapar. Liqamız necə maraqlı başlayıb, elə də davam edər.

“Neftçi” – “Karvan-Yevlax” matçının vaxtı müəyyənləşib

MPL: V turun oyun cədvəli bəlli olub

"Sabah" – "Qarabağ" matçının keçiriləcəyi tarix bəlli olub

Millimizin Moldova toplanışı üçün yekun heyəti açıqlanıb

Rahid Əmirquliyev - “Yanvarda heyəti genişləndirməyi planlaşdırırıq”

Chosen
19
14
apasport.az

10Sources