EN

Misli Premyer Liqasında IV tura Qəbələdə start verilib

Bakı. Trend:

Bu gün Misli Premyer Liqasının IV turunun ilk oyun günündə ikiqarşılaşma keçirilib.

Trend-inməlumatına görə, tura Qəbələdə start verilib.

“Kəpəz” öz meydanında “Araz-Naxçıvan”ı qəbul edib. İlk hissəqolsuz başa çatıb. İkinci hissədə Slavik Alxasov 65-ci dəqiqədəhesabı açıb, 86-cı dəqiqədə isə Bar Kohen fərqi iki topa çatdırıb.Nəticədə oyun “Araz-Naxçıvan”ın 2:0 hesablı qələbəsi iləyekunlaşıb. Bu nəticədən sonra “Kəpəz” xalsız seriyasını davametdirib, “Araz-Naxçıvan” isə xallarının sayını 10-a çatdıraraqturnir cədvəlinin liderliyinə yüksəlib.

Günün növbəti matçı ötən mövsümün ilk iki pillə sahibi “Qarabağ”və “Zirə” arasında oynanılıb. Görüşün 39-cu dəqiqəsində Ruan Renatopenaltidən fərqlənərək “Zirə”ni önə çıxarıb – 1:0. İlk hissə buhesabla yekunlaşıb.

81-ci dəqiqədə Kadi Borqes hesabı bərabərləşdirib – 1:1.Qarşılaşma elə bu nəticə ilə başa çatıb.

17:45. “Kəpəz” – “Araz-Naxçıvan” - 0:2
20:00. “Qarabağ” – “Zirə” - 0:1

Chosen
58
az.trend.az

1Sources