EN

“Kəpəz” uduzdu, “Qarabağ”dan heç-heçə -YENİLƏNİB

Bu gün Misli Premyer Liqasında yaranan 12 günlük fasilə başa çatır.

İdmanxeber.az xəbər verir ki, turun açılış matçı Qəbələdə baş tutub. “Kəpəz” “Araz-Naxçıvan”ı sınağa çəkib. Görüş Naxçıvan klubunun qələbəsilə başa çatıb – 2:0.

Gəncə təmsilçisi 0 xalla 12 kollektiv arasında sonuncudur. 4 oyundan 10 xal toplayan Naxçıvan klubu isə birinci  pilləyə yüksəlib.

Günün ikinci oyununda son çempion “Qarabağ” gümüş medalçı “Zirə”ni sınağa çəkib. İki qolun qeydə alındığı matçda qalib müəyyənləşməyib – 1:1. 3 oyundan sonra 1 xalı olan Ağdam klubu hazırda 5-ci pillədə qərarlaşıb. “Zirə” isə 8 xalla ikincidir.

12 sentyabr (cümə)

17:45. “Kəpəz” – “Araz-Naxçıvan”
Hakimlər:
 Rauf Cabarov, Zöhrab Abbasov, Şirmamed Mamedov, İslam Məmmədov

VAR: Əliyar Ağayev
AVAR: Zeynal Zeynalov
Qəbələ şəhər stadionu

20:00. “Qarabağ” – “Zirə” 1:1

Qollar: Ruan Renato, 39 – pen. (0:1); Kadi Borqes, 81
Hakimlər:
 Rəşad Əhmədov, Tərlan Talıbzadə, Teymur Teymurov, Elvin Bayramov

VAR: Nicat İsmayıllı
AVAR: Əli Əliyev
“Azersun Arena”

Chosen
19
1
idmanxeber.az

2Sources