EN

“Kəpəz” uduzdu, “Qarabağ”dan heç heçə YENİLƏNİB

ain.az, Idmanxeber.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bu gün Misli Premyer Liqasında yaranan 12 günlük fasilə başa çatır.

İdmanxeber.az xəbər verir ki, turun açılış matçı Qəbələdə baş tutub. “Kəpəz” “Araz-Naxçıvan”ı sınağa çəkib. Görüş Naxçıvan klubunun qələbəsilə başa çatıb – 2:0.

Gəncə təmsilçisi 0 xalla 12 kollektiv arasında sonuncudur. 4 oyundan 10 xal toplayan Naxçıvan klubu isə birinci  pilləyə yüksəlib.

Günün ikinci oyununda son çempion “Qarabağ” gümüş medalçı “Zirə”ni sınağa çəkib. İki qolun qeydə alındığı matçda qalib müəyyənləşməyib – 1:1. 3 oyundan sonra 1 xalı olan Ağdam klubu hazırda 5-ci pillədə qərarlaşıb. “Zirə” isə 8 xalla ikincidir.

12 sentyabr (cümə)

17:45. “Kəpəz” – “Araz-Naxçıvan”

Hakimlər: Rauf Cabarov, Zöhrab Abbasov, Şirmamed Mamedov, İslam Məmmədov

VAR: Əliyar Ağayev

AVAR: Zeynal Zeynalov

Qəbələ şəhər stadionu

20:00. “Qarabağ” – “Zirə” 1:1

Qollar: Ruan Renato, 39 – pen. (0:1); Kadi Borqes, 81

Hakimlər: Rəşad Əhmədov, Tərlan Talıbzadə, Teymur Teymurov, Elvin Bayramov

VAR: Nicat İsmayıllı

AVAR: Əli Əliyev

“Azersun Arena”

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
12
1
idmanxeber.az

2Sources