Ağdam, 12 sentyabr, T.Ağaməmmədov, AZƏRTAC
Ağdam rayonunun Zəngişalı kəndi ərazisində fermada yanğın baş verib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə yerinə yanğınsöndürən briqada cəlb olunub. Alovun ətraf ərazilərə keçməsinin qarşısı alınıb. Yanğının səbəbləri və dəymiş zərər araşdırılır.