EN

Qırğızıstanın Türkiyədəki səfiri: XXI əsr türk dünyasının əsri olacaq

XXI əsr türk dünyasının əsri olacaq.

İnterpress.az xəbər verir ki, bunu Qırğızıstanın Türkiyədəki səfiri Ruslan Kazakbayev deyib.

O bildirib ki, Türk Dövlətləri Təşkilatı (TDT) yalnız siyasi qurum deyil, ortaq tarix, dil, qan və mədəniyyətlə birləşən qardaşlıq birliyidir.

Onun sözlərinə görə, liderlərin birgə səyləri sayəsində XXI əsr həqiqətən türk dünyasının əsri olacaq.

Səfir qeyd edib ki, Qırğızıstanın TDT-yə sədrlik etdiyi dövrdə iqtisadi inteqrasiya və rəqəmsallaşma prioritetdir.

O, həmçinin 2024-cü ilin noyabrında Bişkekdə keçirilən tarixi sammitin əhəmiyyətini vurğulayıb.

TDT-yə Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə və Özbəkistan daxildir; Macarıstan və Türkmənistan isə müşahidəçi statusundadır.

Təşkilat türkdilli ölkələr arasında siyasət, iqtisadiyyat, elm, təhsil, nəqliyyat və turizm sahələrində əməkdaşlığı genişləndirmək məqsədilə yaradılıb

Xuraman Etibarlı

İnterpress.az

Chosen
2
interpress.az

1Sources