Misli Premyer Liqasının IV turunda “Kəpəz” doğma meydanda “Araz Naxçıvan”a məğlub olub.
90deqiqe.Az-ın məlumatına görə, Qəbələ şəhər stadionunda baş tutan görüşdə qonaqlar 2:0 hesabı ilə qalib gəliblər.
Elmar Baxşıyevin rəhbərlik etdiyi komandanın qollarına Slavik Alxasov (65-ci dəq.) və Bar Kohen (86-cı dəq.) imza atıblar.
Bu nəticədən sonra “Araz Naxçıvan”ın xalı 10-a yüksəlib və komanda turnir cədvəlinin lideri olub. “Kəpəz” isə hələ də xalsız qalaraq 12-ci pillədə qərarlaşıb.
Qeyd edək ki, Premyer Liqanın IV turuna sentyabrın 14-də yekun vurulacaq.