EN

İsrail iştirak edərsə, biz olmayacağıq – Avroviziya 2026 boykot çağırışları artır

2026-cı il Avroviziya Mahnı Müsabiqəsində iştirak etməyəcəklərini və ya İsrailin iştirakına icazə verilərsə, iştirakını nəzərdən keçirəcəklərini bəyan edən ölkələrin sayı hər gün artır.

Turkustan.az xəbər verir ki, bir çox ölkənin ictimai yayımçıları Qəzzada soyqırımını davam etdirən İsrailin iştirakına icazə veriləcəyi təqdirdə 2026 Avroviziya Mahnı Müsabiqəsində iştirak etməyəcəklərini açıqlayıb.

İspaniyanın mədəniyyət naziri Ernest Urtasun milli televiziya kanalına verdiyi açıqlamada, İsrailin “Eurovision”a qatılması üçün konkret addımların atılmalı olduğunu və İspaniyanın iştirakını şübhə altına aldığını bildirib.

Son qərarı İspaniyanın dövlət yayımı olan RTVE verəcəyini bildirən Urtasun, İspaniyanın daha əvvəl İsrailin müsabiqədən kənarlaşdırılmasını rəsmən tələb etdiyini xatırladıb.

Aytən Yaşar/ Turkustan.az

Chosen
12
1
turkustan.az

2Sources