EN

Tramp Memfis şəhərinə Milli Qvardiya göndərir

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



ABŞ Prezidenti Donald Tramp cinayətkarlıqla mübarizə üçün Memfis şəhərinə (Tennessi ştatı) Milli Qvardiya göndərmək niyyətində olduğunu bildirib.
Oxu.Az-ın xəbərinə görə, bu barədə D.Tramp "Fox News" telekanalına müsahibəsində danışıb.
"Mən bunu deyən ilk insan olacağam: biz Memfisə gedirik. Memfis ciddi problemlə üzləşən növbəti şəhərdir və mer bundan razıdır. O, demokrat merdir və Tennessi qubernatoru da ciddi problemlərə baxmayaraq, razılıq verib. Biz Vaşinqtonda etdiyimiz kimi, vəziyyəti düzəldəcəyik", - deyə o qeyd edib.
Chosen
19
2
oxu.az

2Sources