EN

Adil Şükürov: “Komandanı toparlamağa çalışırıq”

“Kəpəz”in baş məşqçisi Adil Şükürov “Araz-Naxçıvan”a 0:2 hesabı ilə uduzduqları oyunu şərh edib.

İdmanxeber.az-ın məlumatına görə, təcrübəli mütəxəssis görüşü belə şərh edib:

“Əvvəlki matçlarla müqayisədə daha aqressiv idik, amma sadə səhvimiz qolla nəticələndi. Xoş deyil, amma komandanı toparlamaq istəyirik. Bu gün daha istəkli ‘Kəpəz’ gördüm. Söhbət 3 turdan yox, ümumən komandanın durumunun yaxşılaşdırılmasından gedir. Hər mövsüm yeni futbolçular gəlir və uyğunlaşma vaxt tələb edir. Növbəti turlarda qarşımıza qoyulan məqsədə çatmağa çalışacağıq.”

Chosen
8
1
idmanxeber.az

2Sources