EN

"Qalatasaray"ın sabiq qapıçısı II Liqa təmsilçisində

Türkiyə II Liqa təmsilçisi “İğdır” qapıçı transferini rəsmiləşdirib.

90deqiqe.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, II Liqa təmsilçisi 37 yaşlı qolkiper Sinan Bolatla 1 illik müqavilə imzalanıb.

Təcrübəli qapıçı ötən mövsümü Belçikanın “Vesterlo” komandasında keçirib. Karyerası ərzində o, Türkiyədə “Qalatasaray” və “Kayserispor”, Portuqaliyada “Porto”, Belçikada isə “Gent”, “Genk”, “Antverpen” və “Standard” klublarının formasını geyinib.

Chosen
50
90deqiqe.az

1Sources