EN

Ölkədən çıxışına qadağa QOYULDU

Ajans.az “Qaynarinfo”ya istinadən xəbər verir ki, şirkətin qanuni təmsilçisi və direktoru olan Bəybala Xankişiyevin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 Saylı Ərazi Vergilər Baş İdarəsinə ümumilikdə 38052,44 manat borcu olub. İdarə tərəfindən məhkəməyə müraciət edilib. Məhkəmənin qərarı ilə Bəybala Xankişiyevin ölkədən getmək hüququ vergi öhdəlikləri tam yerinə yetirilənədək müvəqqəti məhdudlaşdırılıb. Qeyd edək ki, “Yeni Memar” şirkəti 1997-ci ildə Bakışəhərində yaradılıb. Bununla bağlı şirkətin saytında deyilir: “Memari və mühəndisi layihələndirmə, tikinti və maliyyə müşayiətində dərin bilik və təcrübəyə malik olan şirkət “açar təhvili” layihələrin yaradılması ilə məşğul olur. Şirkətimizin əməkdaşları özəl müsabiqələrə, kommersiya təşkilatlarına və dövlət sifarişçilərinə genişçeşidli, keyfiyyətli xidmət göstərməkdə uzun illərin təcrübəsinə malikdirlər”.

Chosen
17
12
Ajans.az

10Sources