EN

Bəybala Xankişiyevin ölkədən çıxışına qadağa qoyuldu

"Yeni Memar" Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) direktorunun ölkədən çıxışına məhdudiyyət qoyulub.

Publika.az "Qaynarinfo"ya istinadən xəbər verir ki, şirkətin qanuni təmsilçisi və direktoru olan Bəybala Xankişiyevin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 Saylı Ərazi Vergilər Baş İdarəsinə ümumilikdə 38052,44 manat borcu olub.

İdarə tərəfindən məhkəməyə müraciət edilib. Məhkəmənin qərarı ilə Bəybala Xankişiyevin ölkədən getmək hüququ vergi öhdəlikləri tam yerinə yetirilənədək müvəqqəti məhdudlaşdırılıb.

Chosen
19
6
publika.az

10Sources