EN

ATƏT Parlament Assambleyası Cənubi Qafqazdakı prosesləri alqışlayır

ain.az, Azpolitika.az portalına istinadən məlumat yayır.

ATƏT Parlament Assambleyası Cənubi Qafqazdakı diplomatik prosesləri alqışlayır.

"Report" xəbər verir ki, bunu ATƏT Parlament Assambleyasının Prezidenti Pere Xuan Pons Sampyetro (Pere Joan Pons Sampietro) Vyada ATƏT-in Daimi Şurasının Prezidenti kimi ilk müraciəti zamanı deyib.

O, həmçinin Ermənistan və Azərbaycanın ATƏT-in Minsk qrupunun bağlanması ilə bağlı tarixi birgə müraciətini bir daha alqışladığını bəyan edib:

"Ümid edirəm ki, bu, vahid büdcənin yaxşılaşdırılması istiqamətində bir addım olacaq. Hər iki tərəfə demək istərdim ki, sizin region Şərqlə Qərb, Şimalla Cənub arasında strateji mərkəzə çevrilə bilər. Sülh rifah gətirir. Birlik isə regionları dəyişdirir".

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
5
7
azpolitika.info

10Sources