EN

La Liqada həmkarlarını qabaqladı

İspaniya La Liqasında avqustun ən yaxşı məşqçisi müəyyənləşib. Bu nominasiyada Xabi Alonso qalib gəlib.

Məlumatı turnirin mətbuat xidməti yayıb. Xatırladaq ki, “Real” avqustda ölkə çempionatında keçirdiyi 3 oyunun hamısında qalib gəlib. Paytaxt komandasının baş məşqçi vəzifəsinə bu yay təyin olunan Alonso ən yaxşı məşqçisi adına digər namizədləri – Ernesto Valverde (Atletik) ilə Manolo Qonsalesi (Espanyol) qabaqlayıb.

Yeri gəlmişkən, La Liqada 3 turdan sonra turnir cədvəlinə hərəyə 9 xal toplayan “Real” və “Atletik” başçılıq edirlər. “Vilyarreal”, “Barselona” və “Espanyol” hərəyə 7 xalla 3-5-ci yerləri bölüşürlər.

Chosen
49
1
football-plus.az

2Sources