EN

"Mağara" restoranında oğurluq - Müştəri həbs edildi

Bakıda fəaliyyət göstərən "Mağara" restoranında oğurluq hadisəsi baş verib. 

Qaynarinfo xəbər verir ki, restorandan işçilərdən birinə məxsus mobil telefon oğurlanıb. 

Hadisə barədə hüquq-mühafizə orqanlarına müraciət edilib. Əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu müştərilərdən birinin etdiyi məlum olub. Həmin şəxs saxlanılıb. Araşdırmalara zamanı onun Bakıda daha bir neçə yerdə oğurluq etdiyi məlum olub. 

Həmin şəxsə Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə ittiham elan edilib. Həmçinin barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. 

Cinayət işinə Nəsimi Rayon Məhkəməsində baxılıb. Müttəhim verilmiş ittiham üzrə özünü təqsirli bilib. 

Məhkəmənin hökmü ilə ona 3 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib. Onun həbsdə saxlanıldığı 3 ay müddət təyin edilən cəzadan çıxılıb və üzərində qəti olara 2 il 9 ay müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
21
4
olaylar.az

5Sources