Trend xəbər verir ki, bu sözləri Gürcüstanın Baş naziri İrakli Kobaxidze "İmedi" televiziyasına müsahibəsində söyləyib.
"Təklifimizlə bağlı ABŞ-ın rəsmi mövqeyinə ehtiyacımız var. Baxmayaraq, hələlik sükut hökm sürür, istənilən məsələni müzakirə etməyə hazırıq", - deyə İrakli Kobaxidze vuğulayıb.
Onun sözlərinə görə, gürcü-amerikan münasibətlərinin yenidən qurulması Tramp administrasiyası ilə "Dərin dövlət" arasında gedən döyüşdə kimin qalib gələcəyindən asılı olacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31