Azərbaycanın 3x3 basketbol millisinin Dünya Qadın Seriyasının final mərhələsində keçirəcəyi oyunların yekun tarixi dəqiqləşib.
Apasport.az xəbər verir ki, bunu Basketbol Federasiyasının mətbuat xidməti açıqlayıb.
Həlledici mərhələdə yığmamız B qrupunda sentyabrın 13-də, saat 11:25-də Kanada, 13:25-də Niderland U25 və 16:55-də "Rapid Buxarest"lə üz-üzə gələcək.
Qeyd edək ki, yığmamızın ilk dəfə qatılacağı Dünya Qadın Seriyasının final mərhələsi sentyabrın 13-14-də Şanxayda olacaq.
“Lənkəran” heyətini yeni oyunçu ilə gücləndirib
"Şəki"dən növbəti transfer
ABŞ-li basketbolçu NTD-də
Türkiyə millisi yarımfinalda
Yığmanın basketbolçusu "Sərhədçi"də