EN

“Yolu Zəfər yoludur, Zəngəzur” - Məşhurlar bir araya gəldi

Tanınmış sənət adamları  “Zəngəzur mahnısı”na çəkilən klipdə yer alıb.

Musavat.com xəbər verir ki, "Zəngəzur mahnısı" Xalq artistləri - Mübariz Tağıyev, Tünzalə Ağayeva, Əməkdar artistlər - Ramil Qasımov, Aybəniz Haşımova, Samirə Əliyeva, Ehtiram Hüseynov, İlkin Dövlətov tərəfindən ifa olunub. 

Layihənin məqsədi milli-mədəni yaddaşın gücləndirilməsi və Qərbi Azərbaycan mövzusunun mədəni təbliğinə töhfə verməkdir.

Klipin çəkilişləri Şərqi Zəngəzur - Laçın, Qubadlı, Zəngilan rayonlarında baş tutub.

Xalq artisti Tünzalə Ağayeva yeni ekran işindən bir hissəni şəxsi “İnstagram” hesabında paylaşıb. Sənətçinin klipdəki obrazı xüsusi diqqət çəkib. Millli və tarixi ornamentlərin yer aldığı geyim məşhur dizayner Lali Rüstəmovaya məxsusdur. Styling isə ulduzun şəxsi stilisti Şamxal Ramazanlıya aiddir.

Könül
Musavat.com 

Chosen
31
9
musavat.com

10Sources