EN

Vüsal Kərimli keçmiş BNA-dakı "fəaliyyətləri" unudulmamış yeni vəzifəyə qoyulur...


Əkrəm Həsənov: “Dövlət məmurlarının, yüksək vəzifədə çalışan şəxslərin bir qisminin reputasiyası şübhəlidir”

Bakı Nəqliyyat Agentliyinin sabiq sədri Vüsal Kərimli 2026-cı ildə Bakıda keçiriləcək BMT-nin Ümumdünya Şəhərsalma Forumu çərçivəsində nəqliyyat və əməliyyat məsələləri üzrə rəhbər vəzifəyə təyin edilib. Məlumata görə, o, yeni vəzifəsində fəaliyyətə başlayarkən daha əvvəl BNA-da birlikdə çalışdığı komanda üzvlərini də ətrafına toplamağa başlayıb.

Xatırladaq ki, Vüsal Kərimli BNA rəhbəri olanda haqqında müxtəlif iddialar gəzirdi. Mediada onun qüsurlu idarəçiliyi və korrupsiyaya yol verdiyi haqda iddialar yayılmışdı. Hətta maliyyə yeyintisi barədə söhbətlər beləgedirdi. Belə reputasiyası olan şəxsi mötəbər beynəlxalq mövqedə vəzifəyə təyin etmək nə qədər düzgündür? Reputasiyası zədəli birinin belə mühüm vəzifəyə təyin olunması ictimaiyyətdə suallar, şübhələr yaradır.

“İmici zədəli birinin belə mühüm vəzifəyə təyin olunması ictimaiyyət arasında narazılığa səbəb olur”

Hüquqşünas Əkrəm Həsənov "Bakı-Xəbər"ə şərhində bildirdi ki, dövlət məmurlarının, yüksək vəzifədə çalışan şəxslərin bir qisminin reputasiyası şübhəlidir: "Ən azı onu deyə bilərəm ki, həmin şəxslər aldıqları maaşa uyğun yaşamır, həyat sürmür. Bu da çoxlu sayda sualların yaranmasına səbəb olur. Vəzifəyə yeni təyin olunan məlum şəxs haqqında vaxtilə müxtəlif məlumatlar yayılıb, ancaq rəsmi sübut olunmayıb. Bunun da səbəbləri var. Məlumdur ki, Azərbaycanda dövlət məmurlarının, vəzifəli şəxslərin gəlir və xərc bəyannaməsi təqdim olunmur. Bununla yanaşı, ölkədə daşınmaz əmlakın reyestri qapalı olduğu halda biz sübutla kimin oğru olduğunu deyə bilməyəcəyik. Bu tip şəxslərin 99 faiz oğru olduğunu hər kəs təxmin edir, korrupsionerdir, ancaq sübut edə bilmirik. Hər şey sivil ölkələrdə olduğu kimi açıq olarsa, şəxsin gəliri, əmlakı açıqlanarsa kimin kim olduğu hər kəsə bəlli olar.

İstənilən halda, reputasiyası zədəli birinin belə mühüm vəzifəyə təyin olunması ictimaiyyət arasında narazılığa səbəb olur. Ümid edirik ki, yeni vəzifədə çalışanda köhnə səhvləri etməyəcək, öz işini layiqincə icra edəcək”.

Leyla QARAXANLI

Chosen
14
baki-xeber.com

1Sources