EN

DİM: Əlavə imtahanın nəticələri ilə əlaqədar Apellyasiya komissiyası fəaliyyət göstərəcək

ain.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 12 sentyabr, AZƏRTAC

Dövlət İmtahan Mərkəzi (DİM) cari ilin buraxılış imtahanlarında üzrlü səbəbdən iştirak edə bilməyənlər üçün sentyabrın 7-də keçirdiyi əlavə imtahanın nəticələrini açıqlayıb.

DİM-dən AZƏRTAC-a bildirilib ki, şagirdlər imtahanın nəticələri haqqında məlumatı (hər fənn üzrə ümumi balı) mobil operatorlar (Azercell, Bakcell, Nar) vasitəsilə bu imtahan üçün nəzərdə tutulan buraxılış vərəqəsində göstərilən kodu 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

İmtahanın nəticələri ilə bağlı müraciətlərə baxılması üçün DİM-də Apellyasiya komissiyası fəaliyyət göstərəcək. Apellyasiya Komissiyasına müraciət etmək istəyənlər 15 sentyabr saat 10:00-dan 16 sentyabr saat 17:00 dək DİM-in saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər. Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan Apellyasiya komissiyasına müraciət edə bilməyəcəklər.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
13
14
azertag.az

10Sources