EN

Badara və Hadruta ilk köç karvanı çatdı

Ajans.az xəbər verir ki, Xocavənd rayonunun Hadrut qəsəbəsinə və Xocalı rayonunun Badara kəndinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir. İlk mərhələdə Badara kəndinə 14 ailə - 55 nəfər, Hadrut qəsəbəsinə isə 10 ailə 42 nəfər köçürülüb.

Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələriniyerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 50 mindən çox insan yaşayır.

Chosen
34
14
Ajans.az

10Sources