EN

Rusiya qəsdən dronlarını Polşaya göndərdi – Baş Qərargah

Sentyabrın 10-na keçən gecə Rusiya işğalçıları Ukraynaya qarşı kütləvi hücum zamanı dronlarını məqsədli şəkildə Polşaya yönləndirib.

Tribunainfo.az xəbər verir ki, Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahındakı mənbələr “Suspilne”yə məlumat verib.

Nəşrin həmsöhbətinə istinadən qeyd olunur ki, Rusiya dronları iki qrup halında hərəkət edib. Onlar manevr etməyib, düz xətt üzrə Polşa sərhədinə uçublar.

Məlumatda dəqiqləşdirilir ki, ilk qrup dron Polşaya Ukrayna ərazisi üzərindən daxil olub, ikinci qrup isə Belarusdan keçərək Polşa ərazisinə girib.

“Bizdə bunun necə baş verdiyini göstərən məlumatlar var. Xüsusi proqram təminatımız var və onun vasitəsilə kimin, necə və hara uçduğunu izləyə bilirik”, – deyə Baş Qərargah nümayəndəsi bildirib.
O həmçinin dronların Polşaya Ukraynanın radioelektron mübarizə vasitələrinin təsiri nəticəsində düşməsinin mümkünlüyünü istisna edib.

“Onların idarəetmə sistemləri RƏB təsirinə davamlı texnologiyalarla qurulub. Çünki BPLA-lar birbaşa istiqamətdə hərəkət edib. Ona görə də düşünürəm ki, bu, tam qəsdən Polşaya yönləndirilib”, – deyə mənbə əlavə edib.
Mənbə həmçinin təsdiqləyib ki, Polşaya daxil olan rus dronlarında həqiqətən SIM kartlar olub.

İmran Kərimli

Chosen
15
1
tribunainfo.az

2Sources