BAKI, TurkicWorld
“Bulgartransgaz EAD” və “United Bulgarian Bank AD” şirkətləri “Şaquli qaz dəhlizi” layihəsi çərçivəsində investisiya tədbirlərinin hədəfli maliyyələşməsi üçün 200 milyon bolqar levisi (102,26 milyon avro) həcmində uzunmüddətli kreditin ayrılması haqda saziş bağlayıblar.
TurkicWorld bu barədə “Bulgartransgaz”a istinadən xəbər verir.
Cari ilin iyun ayında Bolqaristan ərazisində “Şaquli dəhlizin” tikintisi üzrə strateji layihənin maliyyələşdirilməsi üçün bank seçimi prosedurunu keçirib. Prosedur xüsusi maraq doğurub. Maliyyə qurumlarının təklif etdiyi resurslar tələbatı təxminən səkkiz dəfə üstələyərək, 781,8 milyon avro təşkil edib.
Kreditin ödəniş müddəti investisiyaların miqyası ilə uzlaşır, şərtlər isə son dərəcə əlverişli hesab olunur – illik faiz dərəcəsi 2 faizdən azdır. 10 sentyabrda Bolqarıstan Nazirlər Şurası Respublika Bolqarıstanı ilə United Bulgarian Bank AD arasında “Bulgartransgaz” şirkətinə layihənin maliyyələşdirilməsi üçün veriləcək uzunmüddətli kredit üzrə dövlət zəmanəti sazişi layihəsinin təsdiqlənməsi barədə qərar qəbul edib.
“Şaquli qaz dəhlizi” layihəsi Bolqarıstan, Yunanıstan, Rumıniya, Macarıstan, Slovakiya, Ukrayna və Moldovanın qaz nəql edən operatorlarının strateji təşəbbüsüdür. Layihənin məqsədi regionda təbii qazın etibarlı, şaxələndirilmiş və dayanıqlı daşınmasını təmin etmək, həmçinin, Avropanın enerji müstəqilliyini möhkəmləndirməkdir.