12 sentyabr 2025-ci ildə Baku Expo Center-də “AQUALİNK” şirkətinin təşkilatçılığı ilə VI “Xəzər Su İnnovasiya Forumu” keçirilib.
“Suya dəyər qatırıq” devizi ilə reallaşan forum ölkəmizdə su ehtiyatlarının səmərəli və dayanıqlı idarə edilməsi, ekoloji tarazlığın qorunması və innovativ həllərin tətbiqi mövzularında müzakirə və əməkdaşlıq üçün mühüm görüş məkanı kimi çıxış edib.
Operativ Media xəbər verir ki, forumda dövlət qurumlarının nümayəndələri, beynəlxalq təşkilatlar, qabaqcıl şirkətlər və elmi-akademik mühitin ekspertləri bir araya gələrək aktual çağırışlara dair fikir mübadiləsi aparıb.
Tədbirin gold sponsoru “A. O. Smith” şirkətidir. Sponsorları “Ecosoft”, “BioWorks”, “JUMO”, “NCC (Newtech Chemical Company)” şirkətləridir.
Tədbirdə açılış nitqləri ilə çıxışlar baş tutub. İlk olaraq Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədr müavini İlqar Gülməmmədov tədbirin əhəmiyyətini qeyd edərək, su ehtiyatlarının qorunmasının qlobal və regional önəmindən bəhs edib.
Ardınca Macarıstanın Azərbaycandakı səfiri Tamaş Torman forumun əməkdaşlıq imkanlarına verdiyi töhfələri vurğulayıb.
Açılış nitqlərinə yekun olaraq “Aqualink” MMC-nin icraçı direktoru Orxan Mikayıl tədbir iştirakçılarını salamlayaraq forumun ölkəmiz üçün əhəmiyyətini ön plana çəkib.
Proqram çərçivəsində 4 əsas panel müzakirəsi keçirilib:
I Panel - Qabaqcıl su texnologiyalarının tətbiqinin üstünlükləri
Moderator: Həcər Hüseynova - ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutunun Baş elmi işçisi
Panel spikerləri:
Onur Tuna – JUMO şirkətinin Almaniya üzrə Satış meneceri
Dr. Bastian Schnibel – Hydrophil GmbH şirkətinin Layihə Meneceri və Su və Ətraf Mühit üzrə Baş Eksperti
Oleq Avrutin – Polymer Construction Şirkətlər Qrupunun Belarus Respublikası üzrə Mühəndislik Mərkəzinin rəhbəri
Yevgeni Dolqov – DuPont Water Solutions şirkətinin Müştərilər üzrə baş meneceri
Aşkın Aksu – AO Smith şirkətinin Əməliyyat meneceri
II Panel - Ətraf mühitin qorunması texnologiyaları və təcrübələri
Moderator: Amin Məmmədov, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İctimai Şuranın sədri
Panel spikerləri:
Dániel Pósa – Macarıstan Su Assosiasiyası, Fırtına Sularının İdarəolunması üzrə İşçi Qrupunun eksperti
Yevhen Marıkin – Bioworks şirkətinin Region üzrə Satış Meneceri (MDB ölkələri və Balkanlar)
Rafiq Verdiyev – Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi, Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidməti, Kadastr, Uçot və Reyestr Şöbəsinin müdiri
Zaur Salmanlı – “Azərbaycan Balıq İstehsalçıları və Emalçıları Assosiasiyası” İctimai Birliyinin sədri
III Panel - Təkrar emal etmə texnologiyaları və onların əhəmiyyəti
Moderator: Orxan Mikayıl – Aqualink şirkətinin icraçı direktoru
Panel spikerləri:
Yevhen Marıkin – Bioworks, Region üzrə Satış Meneceri (MDB ölkələri və Balkanlar)
Oleq Avrutin – Polymer Construction Şirkətlər Qrupunun Belarus Respublikası üzrə Mühəndislik Mərkəzinin rəhbəri
Ulaş Emre Arslan – NCC şirkətinin İdarə Heyətinin sədri, CEO
Rövşən Abbasov – Xəzər Universitetinin Ekoloji Tədqiqat Mərkəzinin direktoru
Emin Dostiyari – Azərbaycan Qida və İçki Sənayeçiləri Assosiasiyasının sədri
IV Panel - Suyun idarə edilməsində innovativ texnologiyaların tətbiqi
Moderator: Rəşail İsmayılov, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi, “Su və Meliorasiya Elmi Tədqiqat İnstitutu” Publik Hüquqi Şəxsin İdarə Heyəti sədrinin müavini
Panel spikerləri:
Maruthi Sridhar Balaji Bhaskar – Florida Beynəlxalq Universitetinin Yer və Ətraf Mühit Departamentinin professoru və Məzun Proqramı Direktoru
Huseyin Kahraman – ProMinent GmbH, İdarəedici Direktor
Artur Duşenko – KST Water MMC, Baş Direktor
Natiq Mədətov – Aqualink MMC, İdarəedici direktorun müşaviri
Ölkəmizdə VI dəfə keçirilən “Xəzər Su İnnovasiya Forumu” iştirakçılarına su ehtiyatlarının dayanıqlı idarə olunması, qabaqcıl texnologiyaların tətbiqi və ekoloji təcrübələrin paylaşılması üçün unikal platforma rolunu oynayıb. Forum çərçivəsində panel müzakirələri, ekspert məruzələri və beynəlxalq təcrübələrin təqdimatı ilə iştirakçılar su sektorunda innovasiya və əməkdaşlıq imkanlarını öyrənərək, həmçinin gələcək layihələr üçün fikir mübadiləsi aparıblar.