EN

Şəhid Cəlal Abdullayev Qaradağda dəfn edildi

Birinci Qarabağ müharibəsinin daha bir itkin şəhidi – Cəlal Xankişi oğlu Abdullayev sentyabrın 12-də Bakı şəhəri, Qaradağ rayonunun Qobustan qəsəbəsindəki qəbiristanlıqda dəfn olunub.

Tribunainfo.az xəbər verir ki, dəfn mərasimində şəhidin ailə üzvləri, Müdafiə, Daxili İşlər nazirliklərinin əməkdaşları, Qaradağ Rayon İcra Hakimiyyətinin nümayəndələri, Milli Məclisin deputatları, müharibə veteranları, şəhid ailələri və sakinlər iştirak ediblər.

Əvvəlcə şəhidin paytaxtın Qaradağ rayonunun Qobustan qəsəbəsində doğulub boya-başa çatdığı evdə onunla vida mərasimi keçirilib. Cənazə namazı qılınıb, şəhidlərimizin ruhuna dualar oxunub.

İtkin şəhid yaylım atəşi və hərbi orkestrin müşayiəti ilə Dövlət Himnimizin sədaları altında torpağa tapşırılıb. Şəhidin ruhuna dualar oxunub, məzarının üzərinə əklil qoyulub, gül dəstələri düzülüb.

Tabutun büküldüyü Azərbaycanın Dövlət Bayrağı şəhidin yaxınlarına təqdim olunub.

Qeyd edək ki, Birinci Qarabağ müharibəsi şəhidi C. Abdullayev 1971-ci il avqustun 24-də paytaxtın Qaradağ rayonunun Qobustan qəsəbəsində anadan olub. O, 1993-cü il martın 29-da Kəlbəcər rayonu istiqamətində gedən döyüşlərdə – Çərəkdar kəndində itkin düşüb. C. Abdullayev Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən və şəxsiyyətləri müəyyənləşdirilərək bu gün dəfn olunan dörd şəhiddən biridir.

Chosen
7
4
tribunainfo.az

5Sources