EN

Tramp: "Ukrayna ilə bağlı Rusiyaya qarşı səbrim tükənir"

ABŞ Prezidenti Donald Tramp Ukrayna münaqişəsi ilə bağlı səbrinin sürətlə azaldığını bildirib.

BAKU.WS xəbər verir ki, dövlət başçısı bu fikirləri "Fox News" telekanalına müsahibəsində səsləndirib.

"Artıq səbrim tükənməyə başlayır. Amma unutmayaq ki, razılığa gəlmək üçün hər iki tərəfin istəyi olmalıdır. Rusiya Prezidenti Vladimir Putin razı olanda, Ukrayna Prezidenti Volodimir Zelenski buna hazır olmurdu. Zelenski razılaşmağa meyilli olduqda isə Putin geri çəkilirdi. Əgər bu davam edərsə, daha sərt addımlar atmalı olacağıq", – Tramp qeyd edib.

O həmçinin əlavə edib ki, hazırda Rusiyanın münaqişənin nizamlanmasına real şəkildə hazır olub-olmadığı hələlik məlum deyil.

Chosen
7
far.az

1Sources