EN

“Vətən Naminə” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi Şəhid və Qazi ailələri ilə görüşüb - FOTOLAR

“Vətən Naminə” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Tünzalə Abduləlimova Quba Şahdağ Truskavets sanatoriyası mərkəzində müalicə olunan şəhid və qazi ailələri ilə görüş keçirib.

QHT.az xəbər verir ki, görüş zamanı ailələrin vəziyyəti ilə maraqlanılıb, onların sağlamlıq və sosial vəziyyətləri ilə bağlı fikir mübadiləsi aparılıb. Təşkilatın rəhbəri qeyd edib ki, hər zaman şəhid və qazi ailələrinin yanında olmaq, onların sosial və mənəvi dəstək almasını təmin etmək birliyin prioritetlərindən biridir.

Görüş iştirakçıları həmçinin sanatoriyanın imkanları ilə tanış olub və birlik tərəfindən göstərilən diqqət və qayğıya görə təşəkkürlərini bildiriblər.

“Vətən Naminə” hər zaman şəhid və qazi ailələrinin yanında olduğunu vurğulayır və onların rifahının yaxşılaşdırılması üçün fəaliyyətlərini davam etdirəcəyini bildirir.

 

Pərvanə Fərhadqızı

Chosen
53
qht.az

1Sources