EN

Ukrayna Rusiyanın ən böyük neft limanını VURDU

Cümə gecəsi Ukrayna Təhlükəsizlik Xidmətinin (UTX) pilotsuz təyyarələri Rusiyanın Baltik dənizindəki ən böyük neft limanı, Primorsk şəhərinə zərbə endirib.

Musavat.com xəbər verir ki, bu barədə “İnterfaks-Ukrayna” məlumat yayıb.

Hücum nəticəsində bir gəmi və limanda yerləşən nasos stansiyası yanıb, neftin daşınması dayandırılıb.

UTX-nin məlumatına görə, Rusiyanın büdcəsi gündəlik təxminən 41 milyon dollar itki ilə üzləşə bilər. Eyni zamanda, Ust-Luqa limanının fəaliyyətini təmin edən bir neçə neft nasos stansiyası da zədələnib.

Musavat.com

Chosen
14
3
musavat.com

4Sources