EN

Azərbaycan III Türk Dövlətləri Universiadasının qalibi olub

Qırğızıstanın İssık-Kul vilayətinin Çolpon-Ata şəhərində keçirilən III Türk Dövlətləri Universiadasında Azərbaycan uğurlu çıxışı ilə fərqlənib və ümumi nəticələrə əsasən ölkələr arasında birinci yeri tutub.

90deqiqe.Az-ın məlumatına görə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkiyənin iştirakı ilə keçirilən yarışlarda 6 idman növü üzrə ümumilikdə 500-ə yaxın idmançı mübarizə aparıb. Yarışlara sərbəst güləş, yunan-Roma güləşi, cüdo, şahmat, stolüstü tennis, voleybol və futzal növləri daxil olub.

Azərbaycan 5 idman növündə təmsil olunaraq fərdi yarışlarda 9 qızıl, 7 gümüş və 5 bürünc medal qazanıb. Komanda yarışlarında isə yığmamız yunan-Roma güləşində birinci, sərbəst güləş, stolüstü tennis və futzalda ikinci, cüdo və şahmatda isə üçüncü yeri əldə edib.

Bu nəticələrə əsasən, ölkəmiz həm medal sayı, həm də komanda göstəricilərinə görə Universiadanın ümumi qalibi olub.

Chosen
6
12
90deqiqe.az

10Sources