EN

Bakıda bu yol təmirə bağlanır

Bakının Yasamal rayonunun bir hissəsində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

FED.az xəbər verir ki, sabah saat 08:00-dan 14 sentyabr 22:00-dək Bakı şəhəri, Yasamal rayonu, Cəfər Cabbarlı küçəsinin A.A.Bakıxanov küçəsindən B.Bağırov küçəsinədək olan hissəsində təmir işləri aparılacaqdır.

Bu səbəbdən qeyd olunan müddətdə sözügedən yol sahəsində nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaqdır.

Chosen
58
29
fed.az

10Sources