EN

Trampdan Putinə sərt xəbərdarlıq: “Səbrim tükənir!”

ain.az, Modern.az portalına istinadən məlumat verir.

ABŞ prezidenti Donald Tramp Rusiyaya məxsus pilotsuz uçuş aparatlarının (PUA) Polşanın hava məkanına daxil olmasına münasibət bildirib.

Modern.az-ın məlumatına görə, Tramp "Fox News"a müsahibəsində bildirib ki, Rusiya dronlarının Polşanın hava məkanına daxil olması ilə bağlı vəziyyətdə heç kimi müdafiə etməyi planlaşdırmır.

“Mən heç kimi müdafiə etməyəcəyəm, amma Polşa onları həqiqətən vurdu. Onlar əraziyə düşdü, lakin Polşaya bu qədər yaxın olmamalı idilər”, - deyə Tramp vurğulayıb.

Tramp Rusiya-Ukrayna müharibəsinin nizamlanması məsələsinə də toxunub. Onun sözlərinə görə, tərəflər arasında danışıqların ləngiməsi vəziyyəti mürəkkəbləşdirir:

“Tanqo üçün iki tərəfə ehtiyac var. Putin görüşmək istəyəndə Zelenski istəmirdi. Zelenski istəyəndə, Putin istəmədi. İndi Zelenski istəyir, Putinin mövqeyi isə bilinmir”, - deyə ABŞ lideri qeyd edib.

O əlavə edib ki, münaqişənin həllinə hələ də tərəflər arasındakı “dərin nifrət” mane olur. Tramp, həmçinin sülh prosesinin sürətindən narazı olduğunu bildirib və xatırladıb ki, prezidentliyi dövründə daha çətin görünən münaqişələri həll edə bilib.

ABŞ prezidenti Moskva ilə bağlı siyasətində daha sərt addımlar atmağı planlaşdırdığını açıqlayıb:

“Putinə qarşı səbrim sürətlə tükənir. Rusiya banklarına qarşı sərt sanksiyalar, neft tədarükünə məhdudiyyətlər və gömrük rüsumlarının tətbiqi mümkündür”, - deyə o bildirib.

Tramp əlavə edib ki, Hindistanın Rusiya nefti alması səbəbindən bu ölkəyə qarşı gömrük rüsumlarının artırılması qərarı da onun üçün asan olmayıb: “Bu addım fikir ayrılığı yaradır, amma başqa çıxış yolu yoxdur”.

Xatırladaq ki, Rusiyaya məxsus dronların Polşa hava məkanını pozması NATO daxilində müzakirələrə səbəb olub. ABŞ prezidenti isə bunun fonunda həm Rusiyaya, həm də onunla enerji əməkdaşlığı quran ölkələrə qarşı əlavə təzyiq mexanizmləri nəzərdən keçirdiyini açıqlayıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
33
3
modern.az

4Sources