EN

İtkin şəhid Vəkil Qayıbov dəfn edilib

Birinci Qarabağ müharibəsinin daha bir itkin şəhidi – Vəkil Möylan oğlu Qayıbov Qəbələ rayonunun Qəmərvan kəndindəki qəbiristanlıqda dəfn olunub.

"Unikal" xəbər verir ki, əvvəlcə şəhidin ata yurdunda vida mərasimi keçirilib. Cənazə namazı qılınıb, dualar oxunub. Sonra itkin şəhid torpağa tapşırılıb. Dəfn zamanı Dövlət Himni səsləndirilib, yaylım atəşi açılıb.

Dəfn mərasimində şəhidin ailə üzvləri, qazilər, kənd sakinləri, eləcə də Qəbələ Rayon İcra Hakimiyyətinin və hüquq-mühafizə orqanlarının əməkdaşları, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, Vəkil Qayıbov 1992-ci il iyunun 15-də Ağdərə rayonunun Sırxavənd kəndi istiqamətində gedən döyüşlərdə itkin düşmüşdü.

Chosen
37
5
unikal.az

9Sources