EN

Milli Süni İntellekt Mərkəzinə direktor təyin olundu


Yeni yaradılan Milli Süni İntellekt Mərkəzinə direktor təyin olunub.
Yeniavaz.com
“Report”a istinadla xəbər verir ki, bu vəzifə Tuncay Bağırova həvalə edilib.
Qeyd edək ki, Tuncay Bağırov 1993-cü ildə anadan olub. O, 2009-2011-ci illərdə Böyük Britaniyanın “St. Clare's Oxford” məktəbində təhsil alıb. 2011-2015-ci illərdə Heriot-Vatt Universitetində İqtisadiyyat və Maliyyə ixtisası üzrə bakalavr dərəcəsinə yiyələnib.
Tuncay Bağırov 2015-2017-ci illərdə Böyük Britaniyada müxtəlif şirkətlərdə investisiya mütəxəssisi kimi fəaliyyət göstərib. O, 2020-2021-ci illərdə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində Strateji inkişaf və iqtisadi təhlil şöbəsində baş mütəxəssis kimi çalışıb.
Tuncay Bağırov 2022-ci ildən son təyinatadək “Azərkosmos” ASC-də İnnovasiyalar departamentinin direktoru vəzifəsini icra edib.
Chosen
23
7
yeniavaz.com

9Sources