EN

Tramp: Deyəsən Kirkin qatilini tapdıq

ABŞ prezidenti Donald Tramp respublikaçı fəal Çarli Kirkin qətli ilə bağlı ilk açıqlamasını verib.

Turkustan.az xəbər verir ki, şübhəlinin saxlandığını və bu gün rəsmi açıqlamanın veriləcəyini bildirib.

Tramp Fox News telekanalına verdiyi müsahibədə deyib:

“Düşünürəm ki, biz onu tutduq. Onların qatil olduğunu düşündükləri biri var. Onun yaxınlarından biri məlumat verib. Şübhəli şəxs artıq polis nəzarətindədir. Bu gün məsələ ilə bağlı rəsmi açıqlama veriləcək. Ümid edirəm ki, o, ölüm cəzasına məhkum ediləcək.”

Xatırladaq ki, respublikaçı mühafizəkar fəal Çarli Kirk iki gün əvvəl Yuta ştatında naməlum şəxs tərəfindən güllələnərək öldürülmüşdü. Qeyd edək ki, Yuta ştatında ölüm hökmü qanunidir.

Aytən Yaşar/ Turkustan.az

Chosen
7
34
turkustan.az

10Sources