EN

İrəvanda Türkiyə xüsusi nümayəndəsinin səfərinə etiraz aksiyası UĞURSUZ OLDU – VİDEO

İrəvanda bir qrup revanşist Türkiyə xüsusi nümayəndəsinin səfərinə etiraz olaraq aksiya təşkil etməyə cəhd edib.

İnterpress.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.

Ermənistanın paytaxtında bir qrup revanşist Türkiyənin xüsusi nümayəndəsinin səfərinə qarşı aksiya keçirməyə cəhd edib.

Uşaqlar və məktəblilərin də iştirakı ilə kütləvilik yaradılmaq istənilsə də, tədbir uğursuz alınıb. Azsaylı iştirakçılar bir qədər şüar səsləndirib və tezliklə dağılışıb.

Parlamentin vitse-spikeri və Türkiyə ilə münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndə Ruben Rubinyan aksiyaya istehzalı reaksiya verib:

“Cənab Minasyan, təsadüfən bilmirsiniz ki, niyə Daşnaksütyun hökumət binası qarşısında mənə qarşı etiraz edir, axı mən həmin vaxt parlament iclasını aparırdım? Zəng edin, deyin ki, bir neçə saat gecikiblər və yeri də səhv salıblar”.

Xuraman Etibarlı

İnterpress.az

Chosen
13
interpress.az

1Sources