Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşları Xocalı rayonunun Badara kəndinə köç edən sakinlərlə görüşərək, onlara mina təhlükəsizliyi barədə maarifləndirici söhbətlər aparıb.
Herbiand.az xəbər verir ki, ANAMA bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa və bələd olmadıqları ərazilərə daxil olmamağa çağırıb.