Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin tabeliyində olan Respublika xəstəxanası üçün laboratoriya avadanlıqlarının alınmasına 1 875 000 AZN sərf ediləcək.
Pravda.az-ın xəbərinə görə, avadanlıqlar “Azəri Med” QSC-dən alınacaq.
Səhiyyə Nazirliyinin tabeliyində olan “Səhiyyə Müəssisələrinin Təminat Mərkəzi” publik hüquqi şəxsi və “Azəri Med” arasında müqavilə bağlanıb.
Qeyd: QSC-nin deputat Kəmaləddin Qafarova məxsus olduğu bildirilir.
Cabir
Tarix: 12 Sentyabr 2025, 16:32