EN

Rusiya Sumi vilayətini raket və dronlarla vurdu

ain.az bildirir, Azpolitika.az portalına istinadən.

Sentyabrın 12-si səhər saatlarında Rusiya ordusu Ukraynanın Sumi vilayətinə massiv zərbə endirib.

“AzPolitika” Ukrayna mediasına istinadla xəbər verir ki, səhər saat 6 radələrində iki dronla Sumi şəhərinin sənaye zonasına hücum həyata keçirilib, nəticədə 65 yaşlı müəssisə mühafizəçisi həyatını itirib.

Yarım saat sonra Bitytski kəndində üç raket atılıb. Hücum nəticəsində iki nəfər ölüb, ən azı beş nəfər yaralanıb, 10 ev zədələnib və ya dağılıb.

Müdafiə Nazirliyi bildirir ki, gecə ərzində Rusiya qüvvələri Ukrayna istiqamətinə 40 dron atıb, səhər saat 9-a olan məlumata görə, onların 33-ü vurulub.

“AzPolitika.info”

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
27
azpolitika.info

1Sources