EN

Türkiyədə polis rəisi həbs edildi RÜŞVƏTƏ GÖRƏ

Modern.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Türkiyə Daxili İşlər Nazirliyi tərəfindən vəzifəsindən uzaqlaşdırılan Antalyanın polis rəisi İlker Arslan barəsində çıxarılan həbs qətimkan tədbirinin ardından dünən gecə Antalyada təhlükəsizlik qüvvələrinə təslim olub.

Modern.az Türkiyə mediasına istinadən xəbər verir ki, onun yerinə müavini Murat Baz təyin edilib.

Arslanın adı bu ilin iyulunda həbs edilən Antalya bələdiyyə başqanı Mühittin Böcek barəsində açılan rüşvət işi ilə bağlı istintaq materiallarında hallanıb. Müxalifətdə olan Cümhuriyyət Xalq Partiyasını (CHP) təmsil edən Antalya bələdiyyə sədri iyulun 5-də saxlanılıb, daha sonra həbs edilib. O, bir sıra qanun pozuntularında, o cümlədən rüşvətxorluqda ittiham olunur.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
11
15
modern.az

10Sources