EN

Yeni Klinikanın laboratoriya testlərinə 10,6 milyon manat xərclənəcək - Tenderin qalibi yenə"Azəri Med" oldu

BAKI, 12 sentyabr. TELEQRAF

Yeni Klinikanıntibb müəssisəsində istifadə üçün nəzərdə tutulmuş laboratoriya testlərinə 10 milyon 640 min 98 manat xərcləyənək.

Teleqraf xəbər verir ki, “İnnovasiya və Təchizat Mərkəzi” bununla bağlı "Azəri Med" Qapalı Səhmdar Cəmiyyəti ilə müqavilə imzalayıb.

Qeyd edək ki, Milli Onkologiya Mərkəzi də bu il ərzində tibbi və digər avadanlıqların cari təmiri işləri və təmiri xidmətlərin təmiri, tibbi avadanlıqların satın alınmasıilə bağlı "Azəri Med" ilə dəyəri 5 milyon manatdan çox olan iki müqavilə bağlayıb.

Bakı Sağlamlıq Mərkəzinin də növəti ilin iyun ayına qədər laboratoriya tibbi sərf mallarının satınalınması ilə bağlı“Azəri Med” Qapalı Səhmdar Cəmiyyəti ilə razılaşıb. bunun üçün “Azəri Med”-ə 1 milyon 190 min 727 manat ödənib.

Xatırladaq ki, ötən ilin sentyabrında imzalanan müqaviləyə əsasən Bakı Sağlamlıq Mərkəzi hazırda da tibbi sərf mallarını “Azəri Med”dən alır. Bu müqavilənin dəyəri isə 8 milyon 600 min 332 manatdır. 2022-ci ildə eyni məqsədli müqavilə 9 milyon 791 min 230 manat təşkil edib.

Satınalmaların təhlili göstərir ki,"Azəri Med" ilin əvvəlindən ayrı-ayrı dövlət müəssisələri ilə 22 satınalma müqaviləsi bağlayıb.

“Naxçıvan Muxtar Respublikasının Tibb Müəssisələrinin İdarəetmə Birliyi” bu ilin mayında “Azəri Med” ilə imzaladığı müqaviləyə əsasən, 2026-cı ilin eyni dövrünə qədət “Naxçıvan Muxtar Respublika Xəstəxanası” PHŞ üçün dərman və sarğı ləvazimatları satın alacaq. Bunun üçün şirkətə1 milyon 127 min 419 manat ödənilib.

Azərbaycan Tibb Universiteti Tədris Cərrahiyyə Klinikası ilə bağlanılan müqaviləyə əsasən isə klinika 2025-ci ilin mayından növbəti ilin müvafiq dövrünə qədər "Azəri Med" 1 milyon 189 min 814 manat dəyərində dərman preparatları alacaq.

2024-cü ildə qeydiyyata alınan şirkətin nizamnamə kapitalı 10 min manatdır. Hüquqi sahibi Famil Rəhimli olan bu QSC2020-ci ilə qədər 10 manat nizamnamə kapitalı ilə fəaliyyət göstərib. Həmin il QSC-nin nizamnamə kapitalı 1020 manata, bir iki ay sonra isə 10 min manata yüksəlib. Elə bu tarixdən “Azəri Med” milyonluq dövlət tenderlərinin qalibi statusuna yüksəlib.

Chosen
33
teleqraf.com

1Sources