EN

IGB Amerikanın mayeləşdirilmiş təbii qazını Cənub-Şərqi Avropa və onun hüdudlarından kənara çatdırılmasını təmin etməyə hazırdır

Bakı. Trend:

Yunanıstan–Bolqarıstan interkonnektorunun (IGB) operatoru ICGBşirkəti ABŞ-dən gətirilən mayeləşdirilmiş təbii qazın Cənub-ŞərqiAvropaya və onun hüdudlarından kənara çatdırılmasına hazırdır.

Trend xəbər verirki, bunu ICGB şirkətinin icraçı direktoru Teodora GeorgiyevaSalonikidə keçirilən SEEF2025 forumunda çıxışı zamanı deyib.

“Amerikalı tərəfdaşlarımızın mesajı aydın idi: möhkəm dəstək,strateji birlik və ortaq ambisiyalar. IGB qaz kəməri tam şəkildəYunanıstan şəbəkəsinə inteqrasiya olunub və birbaşaAleksandrupolisdəki MTQ terminalına qoşulub. ICGB ABŞmayeləşdirilmiş təbii qazını Cənub-Şərqi Avropaya, həmçinin,Rumıniya, Moldova, Ukraynaya çatdırmağa hazırdır. Şaquli qazdəhlizi artıq konsepsiya deyil – bir reallıqdır. O, Avropanınenerji təhlükəsizliyinin dayağına və trans-Atlantik əməkdaşlığınsütununa çevrilir”, - deyə Georgiyeva bildirib.

ICGB şirkətinin digər icraçı direktoru Georgios Satlas da özmövqeyini açıqlayaraq, əməkdaşlığın əhəmiyyətini vurğulayıb.

“SEEF2025 forumu açıq şəkildə göstərdi ki, ABŞ əsas enerjitərəfdaşı qismində geri qayıdır və ABŞ–Aİ əməkdaşlığının daha sıxolması onun tam potensialının üzə çıxarılmasında həlledici roloynayacaq. ICGB üçün qaz-nəqliyyat sistemi operatorları (TSO)arasında qarşılıqlı əlaqələri gücləndirmək eyni dərəcədə vacibdirki, bütün üç marşrut üzrə tənzimləyicilərə razılaşdırılmış vəetibarlı həllər təqdim olunsun. Birgə səylər Şaquli qaz dəhlizininCənub-Şərqi Avropada uzunmüddətli enerji təhlükəsizliyinin vətrans-Atlantik tərəfdaşlığın nüvəsinə çevrilməsini təminedəcək”.

Qeyd edək ki, IGB Yunanıstanın milli qaznəqliyyat sistemi (DESFAS.A.) və Trans-Adriatik qaz kəməri (TAP AG) ilə Komotini(Yunanıstan) bölgəsində, həmçinin, Bolqarıstanın qaznəqliyyatsistemi (Bulgartransgaz EAD) ilə Stara-Zaqora bölgəsindəbirləşdirilib.

Qaz kəmərinin ümumi uzunluğu 182 km, borunun diametri 32düymdür. Layihə gücü ildə 3 milyard kubmetr qazınYunanıstan–Bolqarıstan istiqamətində nəqlini nəzərdə tutur, bazarmarağı və qonşu qaz-nəqliyyat sistemlərinin imkanlarından asılıolaraq bu həcm illik 5 milyard kub metrə qədər artırıla bilər.

Məqalədə:
Chosen
18
az.trend.az

1Sources