EN

Ramil Fərzəliyevin rəhbərlik etdiyi “Slavyanka” sularından kəskin qoxu gəldiyi bildirilir

“Gədəbəy Mineral Suları” MMC-yə “Slavyanka” sularından kəskin qoxu gəldiyi bildirilir.

 

Pravda.az xəbər verir ki, bu barədə sosial şəbəkə məlumat yayıb.

 

Şəbəkə istifadəçilərindən biri qeyd edib ki, “Slavyanka” sularının butulkasının qapağı açıldıqdan müəyyən müddət sonra sudan xoşagəlməz qoxu gəlir.

 

İstehlakçıların bəziləri bu problemin saxlama, daşınma şəraitindən, bəziləri “Slavyanka” qablaşdırılmasının keyfiyyətsiz olmasından qaynaqlandığını bildirir.

 

Məsələni aydınlaşdırmaq üçün “Gədəbəy Mineral Suları” MMC ilə əlaqə saxladıq. Şirkətdən problemlə bağlı heç bir mövqe bildirilmədi.

 

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən isə Pravda.az-a deyilib ki, məsələ nəzarətə götürülüb, araşdırılacaq.

 

Qeyd: Nizamnamə kapitalı 100 AZN, qeydiyyat ünvanı isə Gədəbəy rayonu, Zəhmətkənd kəndi olan MMC-nin qanuni təmsilçisi Ramil Calal oğlu Fərzəliyevdir.

 

Aytəkin Qardaşova

Tarix: 12 Sentyabr 2025, 15:33   
Chosen
9
5
pravda.az

6Sources