EN

Məhkumlar üçün maarifləndirmə tədbiri keçirilib

Ədliyyə Nazirliyinin Penitensiar xidməti ilə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu arasında təsdiq olunmuş Tədbirlər Planının icrası çərçivəsində 10 saylı cəzaçəkmə müəssisəsində məhkumlar üçün "Narkomaniya bəşəriyyətin bəlasıdır” mövzusunda maarifləndirmə tədbiri təşkil olunub.

Bu barədə Herbiand.az-a İşçi Qrupundan məlumat verilib.

Bildirilib ki, tədbirdə İşçi Qrupunun, Əmək və Əhalinin Sosial müdafiəsi Nazirliyinin, Səhiyyə Nazirliyinin Bakı şəhər Narkoloji Mərkəzinin nümayəndələri iştirak ediblər.

Görüşdə narkotiklərlə bağlı cinayət hadisələrinin profilaktikası, narkotiklərin insan orqanizminə məhvedici təsiri, törətdiyi sosial bəlalar və bu istiqamətdə mübarizənin təşkilində dövlətin rolu, narkotiklərdən zərər çəkmiş məhkumların reabilitasiyası və cəmiyyətə reinteqrasiyası, eyni zamanda, QİÇS və bir sıra yoluxucu xəstəliklərin yayılması yolları haqqında ətraflı məlumat verilib.

Sonda suallar ətrafında geniş diskussiyalar aparılıb və İşçi Qrupu tərəfindən hazırlanmış zəruri təbliğat materialları iştirakçılar arasında paylanıb.

Chosen
24
1
herbiand.az

2Sources