EN

Azərbaycan Orta Dəhlizdə artan yüklər fonunda Almaniya ilə əməkdaşlıq imkanlarını dəyərləndirib

Bakı. Trend:

Azərbaycan Orta Dəhlizdə artan yüklər fonunda Almaniya iləəməkdaşlıq imkanlarını müzakirə edib.

Bu barədə Trend Dövlət Dəniz və Liman Agentliyinə (DDLA)istinadən xəbər verir.

Belə ki, DDLA-da Alman Gəmiqayırma və Dəniz SənayesiAssosiasiyasının icraçı direktoru Kristian Şillinqin başçılıqetdiyi nümayədə heyəti ilə görüş təşkil olunub.

Tədbirdə alman iş adamları ilə yanaşı, Almaniyanın ölkəmizdəkisəfirliyinin və Alman-Azərbaycan Xarici Ticarət Palatasınınnümayəndələri də iştirak ediblər.

Görüşdə Dövlət Dəniz və Liman Agentliyinin İdarə Heyəti sədrininmüavini Eldar Məcidov rəqabətədavamlı dəniz nəqliyyatı sahəsininformalaşdırılması və müvafiq sahə üzrə qanunvericiliyintəkmilləşdirilməsi istiqamətində həyata keçirilən məqsədyönlütədbirlərdən danışıb.

Həmçinin Orta Dəhliz üzrə yükdaşımaların həcminin artmasıfonunda alman şirkətləri ilə potensial əməkdaşlıq sahələri üzrəfikir mübadiləsi aparılıb.

Görüşdə təsnifat cəmiyyətlərinin fəaliyyəti, bayraq dövlətinintələbləri, dəniz limanlarında fəaliyyətin dövlət tənzimlənməsi,dəniz ətraf mühitinin mühafizəsi, gəmilərin inşası, limaninfrastrukturunun inkişaf etdirilməsi ilə bağlı alman iş adamlarınımaraqlandıran suallar cavablandırılıb.

Sonda Dövlət Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətininİdarəedilməsi Mərkəzinin fəaliyyəti ilə tanışlıq olub.

Azərbaycan
Azərbaycan
Chosen
97
az.trend.az

1Sources