Dövlət Statistika Komitəsinin rəqəmlərinin təhlili göstərir ki, işsizlərin sayı artıb. Belə ki, 2025-ci il avqust ayının 1-i vəziyyətinə Dövlət Məşğulluq Agentliyinin yerli qurumlarında qeydiyyata alınmış işsiz şəxslərin sayı 231,3 min nəfər təşkil edib. Onların 49,7 faizini qadınlar təşkil edib. Hesabat dövründə işsizlikdən sığorta ödənişinin orta aylıq məbləği 437,1 manat olub.