EN

Metroda belə qiymət artımı ola bilər – Rəsmi

Bakı Metropoliteni tariflərin artırılması və azaldılması kimi səlahiyyətə sahib deyil. Bizim səlahiyyətlər çərçivəsində olmadığına görə bu mövzu müzakirə edilmir.
Heftelik.az xəbər verir ki, bu sözləri Bakı.vs-ə açıqlamasında Bakı Metropoliteninin sədrinin müşaviri Emil Əhmədov bildirib.
O qeyd edib ki, metroda ümumi gedişhaqqı artmasa da, gələcəkdə differensial qiymət artımı mümkündür:
“Differensial qiymət artımı isə ola bilər. Bu, gündəmdə olan məsələdir. Lakin bunun üçün müvafiq tamamlama və infrastruktur işlərinin yekunlaşması və ödənişlərin tətbiqi, başqa məsələlər var. Bunlar gələcəkdə nəzərdə tutula bilər. Lakin bu gün bu barədə yekun qərar yoxdur”.
Chosen
22
20
heftelik.az

10Sources