EN

Boşanmadan evlənməyə hazırlaşır - Üzüyünü nümayiş etdirdi

16 illik həyat yoldaşı Adnan Aksoyla boşanmadan Fikrət Ormanla yeni eşq macərasına başlayan Güzide Duran yenidən evlənməyə hazırlaşır.

Musavat.com xəbər verir ki, boşanma prosesi davam edən model yenidən evlilik yoluna girib.

Onun paylaşdığı fotolarda təkqaş evlilik üzüyü diqqət çəkib.

Qeyd edək ki, Adnan Aksoyun "xəyanət" ittihamı ilə boşanmaq üçün məhkəməyə verdiyi Güzide Duran ötən ilin iyulunda "Beşiktaş" klubunun keçmiş prezidenti Fikrət Ormanla görüntülənib.

"2007-ci ildə böyük sevgi ilə başladığım və iki gözəl övlad, bir qız və bir oğulla taclandırdığım evliliyimi 2024-cü ildə ciddi uyğunsuzluq üzündən bitirmək qərarına gəldim.

10 aydır ki, keçmiş ərimlə ayrı-ayrı evlərdə, hətta müxtəlif ölkələrdə yaşayırıq", - deyə Güzide açıqlama vermişdi.

Könül
Musavat.com 

guzi.jpeg

guzide.jpeg

Chosen
35
musavat.com

1Sources