EN

"ACWA Power" şirkəti ilə gələcək potensial layihələr ətrafında fikir mübadiləsi aparılıb

"ACWA Power" şirkətinin baş icraçı direktoru Marko Arçelli ilə görüşümüzdə ölkəmizdə həyata keçirilən dəniz suyunun duzsuzlaşdırılması layihəsinin icra vəziyyətini nəzərdən keçirdik. Su ehtiyatlarının səmərəli idarə olunması və dayanıqlı inkişaf məqsədləri çərçivəsində gələcək potensial layihələr ətrafında fikir mübadiləsi apardıq. Bu kimi təşəbbüslərin Azərbaycanda dövlət-özəl tərəfdaşlığının inkişafı, yüksək texnoloji bilik və innovasiyaların transferi baxımından əhəmiyyətini vurğuladıq”.

Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov sosial şəbəkə hesablarında paylaşım edib.

Chosen
58
2
vergiler.az

4Sources